İzahlı lüğət

LƏZZƏT

is. [ər.] 1. Yeyilən, içilən hər hansı bir şeydən duyulan xoş hiss; tam, dad. Hər xörəyin bir ləzzəti var. Bu meyvənin ləzzəti necədir? Ağzımın ləzzəti qalmışdır. // Dadlılıq, şirinlik. Ləzzəti hələ də damağımdadır. Bu əncirin ləzzətindən keçmə.
məc. Bir şeydən duyulan xoş hiss, sevinc duyğusu; həzz, nəşə. Ilin hər fəslinin bir hüsnü var, amma qışın ləzzəti bir özgədir. C.Məmmədquluzadə. Olunca kefin kök, yollar da hamvar; Qızışmış atlarda başqa ləzzət var. Ə.Cavad. Ov da olmasa, elə bunun tamaşası, özü bir ləzzətdir. M.Rzaquluzadə. Ləzzət almaq (aparmaq, görmək, çəkmək) - həzz almaq, zövq almaq, xoşuna gəlmək, xoşlanmaq. [Əmrah:] Indi bəylə xanım vuruşacaq, ləzzət aparacağam. Ə.Haqverdiyev. Rüstəm kişi tütünün ətrindən, saçaqlı tellərinin rəngindən xüsusən ləzzət alardı. M.İbrahimov. Ləzzət vermək - xoşlandırmaq, zövq vermək, həzz vermək. ..Meşədən axan bulaqların səsi və gərdişin comərdliyi Bahadıra böyük ləzzət verirdi. N.Nərimanov. Quzuçuların həvəslə oynamaları, quzuların iştaha ilə otlamaları Gurşada ləzzət verirdi. Ə.Vəliyev. Ləzzətdən düşmək - əvvəlki dad və təravətini itirmək. Ləzzəti qaçmaq (getmək) - əvvəlki ləzzəti, zövqü verməmək, təsirdən düşmək. Daha bu işin ləzzəti qaçdı. Ləzzətini görmək - bir şeyin zövqünü, nəşəsini hiss etmək, duymaq. Tələbəliyin ləzzətini görmək. - Nəbi nökərçiliyin ləzzətini gördüyü üçün rəncbərlik etmək fikrinə düşür. “Qaçaq Nəbi” . [Uşaq:] Məni istəyirsən, dur gedək babamın otağına, biz də ata və ana ilə bir yerdə çörək yemək ləzzətini görüb fərəh edək. M.S.Ordubadi. Ləzzətlə şəklində zərf- xoşlana-xoşlana, həvəslə, iştaha ilə. ..Xudayar katda ləzzətnən yıxılıb yatdı. C.Məmmədquluzadə. [Ramazan] nahar üçün hazırlanmış südlü plovu ləzzətlə yeyir(di).. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

LIG

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed