İzahlı lüğət

KÜRƏK1

is. 1. Bədənin arxa hissəsinin yuxarısında olan üçkünc şəkilli yastı sümüklərdən hər biri. [Qəhrəman:] Güllə arxasından, kürəkləri arasından dəyib keçmişdi. H.Nəzərli. // İnsan bədəninin həmin hissəsi. Kürəyini divara söykəmək. Kürəyini ovuşdurmaq. - [At] Kərbəlayı Qasımın dalınca gedə-gedə hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə. C.Məmmədquluzadə. ..Ağsaqqal həkim yuxarıdan əlini Əlisanın kürəyinə vurdu. S.Rəhimov.
2. Paltarın kürəyi örtən hissəsi. Pencəyin kürəyinə astar tikmək. Paltarın kürəyi dağılmışdır.
□□ Kürək cəzası köhn. - bax katorqa. Kürək çevirmək - dal çevirmək, üz döndərmək. Atasını kürəyinə (dalına) sarımaq (yükləmək) - b a x atasını dalına sarımaq
(“ata”da). Kürək-kürəyə vermək - birbirinə arxalanmaq, kömək etmək, əl-ələ vermək. Məsciddəki camaat soyuqdan titrəşirdi.. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar. İ.Şıxlı. Kürəyi yerə gəlmək basılmaq, məğlub olmaq. [Kərəmzadə:] Sənin qohumuna bel bağlayanın bərkə düşən kimi, kürəyi yerə gələr, Nisə! B.Bayramov. Kürəyindən çıxartmaq - əvəz almaq, acığını çıxmaq. Kürəyini yerə vurmaq (qoymaq) - 1) basmaq, məğlub etmək; 2) taqətsiz yıxılmaq, bihuş düşmək, düşüb qalmaq. Uca bir dağ ətəyində; İnsan birdən ürəyində; Amansız bir ağrı duydu; Kürəyini yerə qoydu. M.Dilbazi. Kürəyini... söykəmək - arxayın olmaq, bel bağlamaq. Kürəyini dağa söykəyib.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed