İzahlı lüğət

KÜFR

is. [ər.] Dinin, Allahın varlığı və birliyi kimi əsaslarını təşkil edən müddəaları danma və bu barədə deyilən söz. Küfr danışmaq (söyləmək) - Allahı, dini danmaq, təhqir etmək, söymək. Nə dedin? Küfr danışdın, cıraram ağzını, ha! M.Ə.Sabir. Küfr, nasəza danışmaq, hərgiz heç bir kəs üçün rəva deyil. C.Məmmədquluzadə. [Baftan:] Küfr danışma, qoca, istərəm əlahəzrətin sağlığına zəhər içərəm, istərəm lap iblis ilə öpüşərəm! Ə.Məmmədxanlı. // Dinsizlik, allahsızlıq. [Birisi:] Biz də .. Hər bir yol ilə camaatı elmdən saxlayırdıq və elm dalınca gedənlərin küfrünə hökm edirdik. Ə.Haqverdiyev. Nəhayət, islahat təşəbbüslərinə bir küfr təşkilatı kimi baxılırdı. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed