İzahlı lüğət

KÖMƏK

is. 1. Birinin qarşılaşdığı çətinlikləri, sıxıntıları yüngülləşdirmək üçün görülən iş, hərəkət; yardım. Lay-lay əməyim bala; Duzum, çörəyim bala; Gözləyirəm böyü sən; Görüm köməyin bala. (Bayatı). Bir səs dedi: Ey qafil; Hər meyvə olur hasil; Zəhmətlə, köməklərlə. A.Şaiq. [Yaralı] canını dişinə tutub durmaq, şəfqət bacısının köməyi ilə arxaya getmək istədi. Ə.Vəliyev. □ Kömək diləmək (istəmək) - başqasından yardım istəmək, başqasının yardımına ehtiyacı olmaq.
Atasından kömək diləmək. - [Rüstəm:] Atam ölmüş, daha bir kəsdən kömək diləməyə gümanım gəlmir. C.Cabbarlı. [Gülyazın] gözü qabağında kömək diləyən məsum bir körpənin siması gəlib durdu. Q.İlkin. [Aynanın] sanki kömək istəyən əlləri bir an havada asılı qalıb tappıltı ilə yanına düşdü. İ.Hüseynov. Kömək etmək (eləmək) - yardım etmək, yardım göstərmək. Yoldaşına kömək etmək. Geridə qalanlara kömək etmək. - [Şah:] Mən bir keçə qayırım, bunlar da mənə kömək etsinlər. Ü.Hacıbəyov. Kömək görmək - başqasının köməyi dəymək, yardımı olmaq. [Bəhram:] Səndən ki, görmədim kömək; Özüm həll eləyəm gərək! A.Şaiq. Köməyi dəymək (çatmaq) - bax kömək etmək (eləmək). Birinə köməyi dəymək. Qonşuya köməyi çatmaq. - [Məmmədağa:] Oğlunuz burada oxuyub yazı-pozu biləcəkdir və onun [Qurbanəliyə] köməyi dəyər. N.Nərimanov. Uşaqlar kiçik olduqlarından bir o qədər köməkləri çatmırdı. S.S.Axundov. Köməyi olmaq- 1) bax köməyinə çatmaq (qoşmaq, yetişmək). [Qərib:] Əgər mövlam mənə kömək olarsa; Ağlama, sevgilim, yenə gələrəm. “Aşıq Qərib”; 2) bir şey edə bilmək, təsiri olmaq. [Əcəb xala:] Gəlsə də nə kimi bir köməyi ola biləcəkdi. S.Hüseyn. Köməyinə çatmaq (qoşmaq, yetişmək) - darda qalan, çətinliyə düşən adama kömək etmək, yardım göstərmək, əlindən tutmaq. Yoldaşının köməyinə çatmaq. - Daldakı kazaklar yüyürüşüb, zabitin köməyinə çatdılar. M.Hüseyn. Ümidim bircə ona idi ki, Qoçaq mənim gəlmədiyimi görüb özü mənim köməyimə yetişər.. M.Rzaquluzadə.
O biri hissələri gücləndirmək üçün ayrılan hissələr, əlavə qoşun hissələri. [Qəhrəman:] Bundan əlavə, komandan bir-iki saata qədər bizə kömək göndərəcəyinə də söz verdi. H.Nəzərli.
məc. Arxa, himayəçi, havadar, yardım edən adam. Oğul atanın köməyidir. - Lap becadı bu sözləri deməyim; Dağılıbdı arxam, ölüb köməyim. Aşıq Ələsgər. □ Kömək olmaq (çıxmaq) - birinə arxa, havadar olmaq, birini himayə etmək. Yoldaşına kömək çıxmaq. - [Eyvaz Baxşıya:] Başıma bir iş gəlsə, sən [Sonaya] kömək ol. C.Cabbarlı. O, yoldaşına kömək çıxaraq, bir atalar sözünü kinayə ilə ortalığa atdı və masqara ilə hırıldadı.. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed