İzahlı lüğət

KÖK2

sif. 1. Ətli, şişman, gonbul, yoğun (arıq ziddi). Kök uşaq. Kök qoyun. Kök adam. - Həsrət ilə pişik çəkirdi keşik; Gördü gəlir neçə qəvi, kök pişik. S.Ə.Şirvani. [Qurbanəli:] Baş üstə!.. Sən məni bu işdən xilas eləsən mən sənə hələ bir kök toğlu da bağışlaram. N.Vəzirov. [Arvad:] ..Hinduşkanın bir kökünü tut, kəs. B.Bayramov.
2. məc. dan. Özündən sonra gələn sözün qüvvətini, mənasını, təsirini gücləndirir. Əvəzində Qəhrəmandan bir kök töhmət al, eləmi? - deyə Əsəd donquldana-donquldana başını yellədi. S.Rəhimov. Sitarə kök bir dəstə hazırlamışdı. Mir Cəlal. [Nəcmi] xüsusən axırıncı sinifdə ən çox hirsini boğazına yığan şagirdə kök bir sıfir verər. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed