İzahlı lüğət

KİÇİKLİK

is. 1. Həcmcə, ölçücə balacalıq, xırdalıq. Otağın kiçikliyi. Tarlanın kiçikliyi.
Kəmiyyətcə, sayca, miqdarca, cüzilik, azlıq. Dəstənin kiçikliyi. Dərnəyin kiçikliyi.
Yaşı az olma; azyaşlılıq, balacalıq. Kiçikliyinə baxma, çox zirəkdir. // Kiçiklikdən şəklində - balacalıqdan, uşaqlıqdan. [Əzim dayının] uca bir budaqdan digər bir budağa sürətlə elə atılışı var idi ki, bu cürət və çevikliyi ancaq ta kiçiklikdən idman görmüş .. uşaqlarda görmək olur. A.Şaiq.
məc. Əhəmiyyətsizlik, cüzilik, yüngülvarilik. Məsələnin kiçikliyi.
Vəzifəcə, rütbəcə aşağı olma. Vəzifənin kiçikliyi. Kiçiklik etmək - özünü aşağı tutmaq, böyüyə hörmət etmək, ehtiram göstərmək. Kiçikliyində qalmaq- bax kiçiklik etmək. [Nəsir] ..öz kiçikliyində (qalır), ehtiramını yenə əvvəlki kimi saxlayırdı. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed