İzahlı lüğət

KƏSİR1

is. [ər.] 1. Nöqsan, çatışmazlıq, çatışmayan cəhət, şey; naqislik, əgər-əskik. İşdə kəsir çoxdur. Tərbiyə işindəki kəsir. [Gülzar:] .. Hər şeyim var, şükür Allaha, heç bir zaddan kəsirim yoxdur. S.S.Axundov. Bir nəğmə qoşmadım hələ mən sənə; Dağlar bunu mənə kəsir sanmasın. B.Vahabzadə. // Planın və s.-nin yerinə yetirilməsində natamamlıq, gerilik, naqislik, çatışmazlıq. Tresti kəsirdən qurtarmaq üçün birinci növbədə müşavirə və nitqləri ixtisara salmaq lazımdır. M.Hüseyn. Pambıq planını kəsirdə qoymayacağıq. Mir Cəlal.
Zərər, ziyan: çatışmayan hissə, əskik. [Cavahir:] Bikə dedi ki, .. Ağcanın ürəyi sınıqdı. Onun taylarının dörd-beş uşağı var... Sandığım doludu, qızın heç nədən kəsiri yoxdu. İ.Məlikzadə. Kəsirlə şəklində zərf - natamam şəkildə, tam olmayaraq, tələb olunandan az. Tapşırığı kəsirlə yerinə yetirmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

K

44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed