İzahlı lüğət

KƏSDİRMƏK

1. icb. Başqasına kəsmək işi gördürmək. Şalbanın başını kəsdirmək. Ağacı kəsdirmək. Itin quyruğunu (qulağını) kəsdirmək. Meşəni kəsdirmək. Meynələri kəsdirmək. - [Səfər bəy:] Kəsdirəcəyəm qoyunu, bişirdəcəyəm kababı. B.Talıblı. [Səkinə Rüstəmə:] Özün deyirsən ki, stol açacağam, qoyun kəsdirəcəyəm, düyü islatdıracağam. M.İbrahimov.
f Bir yerdə dayanıb gözləmək, dayanıbdurmaq, durub əl çəkməmək. Aslan isə, vaxt keçir, deyə, obaşdan gedib vağzalı kəsdirib oturdu. C.Cabbarlı. [Zərifə:] Sabah tezdən maarif şöbəsinin qapısını kəsdirdim. T.Ş.Simurq. Nədənsə [Hacı Sultanı] yenə nikbət tutdu. Alacaqlılar qapısını kəsdirdilər. S.Hüseyn. □ Yanını kəsdirmək - birinin yanından əl çəkməmək, daim yanında olmaq. Xəstənin yanını kəsdirmək. - [Ağcaqız:] 0ahsənəm düz bir saatdır ki, kəsdirib yanını, ayılmayırsan. “Aşıq Qərib”. [Kərəm:] Kəsdirəydim yastığının yanını; Bir tutaydım kirpiyinin sanını. “Əsli və Kərəm”. Qulu səhər tezdən mədənin yanını kəsdirmişdi. A.Şaiq.
icb. Verməyə qoymamaq, davam etdirməyə mane olmaq, icazə verməmək, saxlamaq. Təqaüdünü kəsdirmək. Qazı (suyu, işığı) kəsdirmək.
icb. Sifarişlə bir şey hazırlatmaq. [Koroğlu:] Əzəldən bilsəydim sənin halını; Əşrəfidən kəsdirərdim nalını. “Koroğlu”.
icb. Biçdirmək. Paltarlarını kəsdirmək.
icb. Çəpərlətmək, hasarlatmaq, aranı çəpər (hasar, barı) ilə böldürmək. Aranı kəsdirmək.
f Qəti qərara gəlmək; müəyyənləşdirmək. Ezamiyyətə getməyi kəsdirdi. - Beləcə aydın bir mühakimədən sonra Qurbanlı öz aləmində Ruhnəvazla evlənməyi kəsdirdi. Çəmənzəminli. // Təxmin etmək, başa düşməyə çalışmaq. Indi o və mən bir-birimizin gözlərinə baxıb, kimin sözə başlayacağını kəsdirmək istəyirdik. H.Nəzərli.
f köhn. Sünnət etdirmək. Uşağı kəsdirmək.
□□ Kəsdirə bilməmək - müəyyən edə bilməmək, qətiləşdirə bilməmək; təxmin edə bilməmək, qərara gələ bilməmək. Ulduz bunun nə demək olduğunu, hara düşdüyünü kəsdirə bilmədi. Ə.Məmmədxanlı. Qız .. [Adiləyə] nə cavab verəcəyini, onunla nə tərzdə danışacağını kəsdirə bilmədi. Q.İlkin.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

KEY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed