İzahlı lüğət

KEÇİ

is. Süd, yun, ət verən buynuzlu ev heyvanı. Keçi əti. Keçi südü. Keçi balası (çəpiş). Anqara keçisi (çox zərif yunlu keçi cinsi). - Keçinin əcəli çatanda çobanın çomağına sürtünər. (Ata. sözü). Necə bulandırıb keçi bu çayı? Keçi aşağıda, qurdyuxarıda! B.Vahabzadə. // məc. Çox dəcəl, oynaq uşaq haqqında. □ Keçi kimi - keçinin hərəkətlərinə təşbeh. [Səkinə Pərşana:] Gəl, gəl, gedək gəlinimizə çığırtmadanzaddan bişirək, görsün ki, ağlamaqdan, keçi kimi o yan-bu yana tullanmaqdan başqa bir şey də əlindən gəlir. M.İbrahimov. [Tükəzban xala Zeynəbə:] Sənin əlindən çal-çəpər də qalmadı. Keçi kimi, hara gəldi dırmaşırsan. Ayaq basmadığın yer yoxdur. İ.Şıxlı.
□□ Keçini bostana buraxmaq zar. - bir adamı böyük zərər yetirə biləcəyi yerə buraxmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

KUS

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed