İzahlı lüğət

KART

[alm. əsli ital.] 1. Hər birinin dörd növü olmaqla, üzərindəki şəkil və işarələrlə bir-birindən fərqlənən qumar kağızlarının hər biri, qumar kağızı. Kart vermək. Kart almaq. Kart paylamaq. - Mehriban səfillər, kefləri çağdır; Kart masa üstündə daraqdaraqdır. M.Müşfiq.
2. Həmin kağızlarla oynanılan oyun. Kart oyunu. Kartda udmaq. Kartda bəxti gətirmək. Kart oynamaq. □ Kart çəkmək oyun zamanı kartların içərisindən bir və ya bir neçəsini çəkib götürmək. Kart vurmaq
kartla oyun (qumar) oynamaq. [Nəbi:] [Bəylər] çox vaxt gecəni gündüzə qatıb o biri günə kimi kart vururlar. S.S.Axundov.
□□ Kart basmaq - aldatmaq, hiylə işlətmək, kələk gəlmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed