İzahlı lüğət

KAPİTAL

[lat. capitalis-dən] 1. iqt. Sahibinə, muzdlu fəhlələri istismar yolu ilə izafi dəyər gətirən dəyər (sərmayə, istehsalat vasitələri və s.). Maliyyə kapitalı. Sənaye kapitalı. - Sorulub Bakının şah damarları; Nobel banklarında kapital oldu. M.Araz. // top. Kapitalistlər, burjua sinfi, kapitalizm. Kapital ölkələri. Kapital ilə zəhmətin mübarizəsi. Kapital hakimiyyəti. Beynəlxalq kapital. - Basmış kapitalın ürəyini yağ; Gənclik sürətindən qalmış ayağı. S.Vurğun.
Sərmayə, sərvət, dövlət, mal-mülk, əmlak.
dan. Çoxlu miqdarda pul.
məc. Ümumiyyətlə, ən dəyərli, ən qiymətli, ən əhəmiyyətli şey.
□□ Kapital qoyuluşu - əsaslı inşaat üçün buraxılan pullar.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed