İzahlı lüğət

İKİ

miqd. s. 1. Birdən sonra gələn ədəd 2. Iki dəfə iki. Dörddən iki çıxmaq. // Miqdarca iki bildirir. Iki kitab. Iki otaq. Iki qardaş. Iki yoldaş. - Söhbətin bu yerində çayçı Qurban iki stəkan limonlu çay gətirdi. H.Nəzərli. [Rəşid:] [Bəyim xala] cəmi-cümlətanı iki kərə mənim suallarıma bir qədər təfərrüatla cavab vermişdi. İ.Hüseynov.
dan. Bir neçə, çox az mənasında. Iki sözü bir-birinə qoşa bilmir. Iki kəlmə ilə başa salmaq. Iki dəqiqə vaxtınızı alacağam. [Qəhrəman:] Iki dəqiqə keçməmiş .. otaqdan əvvəlcə dəhşətli və sonra zarıltıya çevrilən bir səs eşitdim. H.Nəzərli.
Beşballı sistemdə şagirdin, tələbənin müvəffəqiyyətini göstərən nömrə; “pis”.
almaq. Heç 2-yə cavab verə bilmədi.
□□ İki ayağını bir başmağa təpmək -bax iki ayağını bir başmağa dirəmək (“ayaq’da). [İbad:] Deyir, bəs dünən [Almaz] iki ayağını təpmişdi bir başmağa? Cabbarlı. İki bədəndə bir ürək - sevgililər haqqında. İki cüt bir tək - çox az. İkidə bir - yarı. İki daşın arasında - çox namünasib vaxtda, tələsik. İki gözü - ən əzizi, ən istəklisi. İki gözünü bir deşikdən çıxartmaq - bax gözünü çıxartmaq 1-ci mənada ("göz”də). [Gülsənəm:] [İmran] əgər görsə ki, biri camaata ziyan verir, onun iki gözünü bir deşikdən çıxarar. M.Hüseyn. İki güləşənin biri yıxılar məc. - çəkişən, vuruşan iki tərəfdən birinin məğlub olması mənasında. [Kim isə:] Iki güləşənin biri yıxılacaq. M.Hüseyn. İki könül bir olmaq -birləşmək, sevişmək mənasında. Əzizim, dalda yeri; Yel tutmaz dalda yeri; Iki könül bir olsa; Tez tapar dalda yeri. (Bayatı). İki yanına göz gəzdirmək - hər tərəfinə, ətrafına baxmaq. Xəlil iki yanına göz gəzdirdi. M.Hüseyn. İkidə-birdə - tez-tez. İkidənbirdən - heç (bir şeyin, hadisənin olmadığını bildirir). Ikidən-birdən sizə gələnəm? [Kərbəlayı:] Adə, ikidən-birdən qəzet alanam? M.Hüseyn. Heç ikidən-birdən gəlib deyibsənmi ki, Zərəfşan, Kərim dayının haqqında belə deyirlər, nə qayıraq?.. İ.Hüseynov.
iki-iki zərfi 1. Hər birinə, yaxud hər dəfəsinə iki. Iki-iki alma vermək. Iki-iki düzmək. Iki-iki ayırmaq. İkisi yan-yana, ikisi bir yerdə, birgə, bərabər. Iki-iki durmaq. Iki-iki oturmaq.
iki... - bu sayla əlaqədar olan bir sıra mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: ikibaşlı, ikimotorlu, ikiotaqlı, ikiyerli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

İP

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed