İzahlı lüğət

HÜDUD

is. [ər. “hədd” söz. cəmi[ 1. Sərhəd. Vətənin hüdudlarını qorumaq. - [Qızıl Arslan:[ Atabəy Məhəmməd sənin tərəfindən vəkil ediləndən bəri məmləkətin hüdudlarını Kirmana qədər genişləndirmişdir. M.S.Ordubadi.
Hədd, ölçü, hədd-hüdud. Uşağın sevincinin hüdudu yox idi. - Hüdudu var hər ağrının, hər işgəncənin; Külək yatır, qar dayanır, açılır səhər. S.Vurğun. Xeyir-şər qolqola! Nə yüksəkliyin; Nə də alçaqlığın hüdudu yoxmuş. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed