İzahlı lüğət

GURULTULU

sif. 1. Gurultusu olan, çox səs salan, gurultu salan. Yağış nə qədər gurultulu (z.) yağsa, o qədər sonra hava xoş və aydın olur.. A.Divanbəyoğlu. Səndə gurultulu bir çağlayan var; Bu dönməz çağlayan durmadan axar. M.Müşfiq. □ Gurultulu alqış(lar) - uzun sürən, sürəkli alqış(lar). Oğlan və qızların sevinc və səsləri, gurultulu alqışları salonu bürüdü. H.Seyidbəyli.
Səs-küy çox olan, səs-küylü, gedişgəliş çox olan, izdihamlı. Gurultulu gecə. Gurultulu meydan. - [Nərgiz:] Mən əvvəllər təsəvvürümə gətirə bilmirdim ki, gurultulu şəhər həyatından sonra kənddə necə dolanacam. İ.Şıxlı.
məc. Həddindən artıq təntənəli, bəzəkdəbdəbəli, təmtəraqlı. Gurultulu sözlər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed