İzahlı lüğət

EY1

nida. Müraciət, çağırış üçün işlənir. Ey oğul! Ey dost! Ey mənim əziz qardaşlarım! - Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!.. C.Məmmədquluzadə. // Haraylama, haylama nidası. [Südçü] isə arxamdan çağırıb: - Ey, bura bax! [Atan] gələcək, səni aldatdım, mən bu gün tez çıxmışam, - dedi. A.Şaiq. Ey şofer, “Moskviç”ini qovub apardılar! - deyə ilk dəfə söz atan qız indi bilavasitə Tahirə üz tutub qışqırdı. M.Hüseyn.
2. İntonasiyadan asılı olaraq bəzən etiraz, narazılıq, istehza bildirir. Nə var, ey! Bir desən nə istəyirsən? Balam, tovlayırsan bizi yenə sən. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed