İzahlı lüğət

EŞİTMƏK

f 1. Hər hansı bir səsi qulaqla qavramaq, almaq, duymaq, mənimsəmək. Danışanların səsini eşitmək. O biri otaqdan səs eşitmək. - Əz qəza Gülbadamın səsini kəndin kənarından keçərkən bir adam eşidib səslənir: - Ay adam, kimsən? N.Nərimanov. Birdən-birə.. at kişnəməsi eşitdim. H.Nəzərli.
Dinləmək, qulaq asmaq, fikir vermək. Məclis natiqi elə gərgin diqqətlə eşidirdi ki, milçək uçsa, duyulardı. Mir Cəlal. Eşidin, nə deyir: “Iki gün əvvəl; Niyə gecikmişdin? Bundan danış gəl! “ M.Rahim. Xəbərdar olmaq, xəbər almaq, xəbər tutmaq, məlumat əldə etmək, agah olmaq, bilmək. Həsən ağa dedi: - Mən səni gözaydınlığı verməyə çağırdım, eşitdim uşaqların məktəbi qurtarıblar, gözün aydın! Ə.Haqverdiyev. Axşam bacımdan eşitdim ki, Xədicə qorxduğundan xəstələnmişdir. S.Hüseyn.
Sözə baxmaq, əməl etmək, nəsihət qəbul etmək. Böyüyün sözün eşit! - Qızım sənə deyirəm, gəlinim sən eşit! (Məsəl). Nə gərəkdir bizə o növ söhbətlər; Eşidin pəndlər, nəsihətlər. S.Ə.Şirvani. [Xidmətçi:] Onun dostluq etdiyi qadınlardan şübhələnirəm. Xüsusən onun bugünkü səyahəti də qorxuludur, onu bu səyahətə buraxmayın, o sizin sözünüzü eşidər! M.S.Ordubadi. Eşidər-eşitməz - eşidən kimi, dərhal, o saat. Fərman bu adı eşidər-eşitməz böyük sevinclə onun əlini sıxdı. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed