İzahlı lüğət

ƏLİBOŞ

1. sif Yoxsul, heç bir şeyi olmayan; fəqir. Əliboş adam. // Əlində heç bir şey olmayan, heç bir şeysiz. Əliboş Cəmil indi xəstə nənəsinin yanına hansı üzlə dönəcək, ona necə cavab verəcəkdi? S.Rəhimov.
zərf Əlində heç bir şey olmadan, özü ilə heç bir şey götürmədən. Əliboş evə gedə bilmərəm. Xəstənin yanına əliboş getmək yaxşı deyil. - Allahverdi Nəbinin yanına əliboş getmir. “Qaçaq Nəbi”. Züleyxanın əliboş olduğunu görcək anası anladı ki, qonşularda da yeməli bir şey tapılmamışdır. T.Ş.Simurq. // məc. bax əliyalın. Canavarlara qarşı əliboş çıxmaq. // Heç bir ov ələ keçirmədən. Ovdan əliboş qayıtmaq.
zərf İşsiz, bikar. Əliboş qalmaq. Əliboş gəzmək - boş-boş gəzmək, avara-avara gəzmək; veyillənmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed