İzahlı lüğət

DÖRDGÖZ

1. sif. Dördşəbəkəli, dördbölgülü, dörd gözü olan (ev, dükan, pəncərə və s.). Dördgöz pəncərənin xəmirlənmiş kağızı qopur, küləkli qar içəriyə soxulur. S.Rəhimov.
2. is. məc. zar. Gözlük taxan, gözlük gəzdirən, gözlüklü (adam). [Qədir:] Sənin xəbərin yoxdur, səni Gəlinsultan çoxdan o dördgözə veribdir, ey! Ə.Əbülhəsən.
□ Dördgöz etmək - ayıltmaq, xəbərdar etmək. Çünki Zülmət dəstəsinin arasında olan Midhətin Dəmirova tərəfdar çıxması .. Zülməti ayıldıb dördgöz etmişdi. S.Rəhimov. Dördgöz olmaq - ayıq olmaq, sayıq olmaq, diqqətli olmaq; gözləmək, intizarda olmaq. [Salman:] Məni götür oğulluğa, Rüstəm dayı, Pərşanı gözüm üstə saxlaram, - dedi və dördgöz olub Rüstəm kişiyə baxdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed