İzahlı lüğət

DİDƏ

is. [fars.] klas. Göz. Gər inanmazsan ki, qəmzən yıxdı könlüm şəhrini; Bəs bu fəryadım nədəndir, didə qandan nəm durur? Nəsimi. Ağla, didəm, qanlı yaşın sel olsun; Gizlin dərdin söyləməyə dil olsun. M.V.Vidadi. Kim səni didəsi giryan eləmiş? Kim səni halı pərişan eləmiş? A.Səhhət.
□ Dideyigiryan klas. - ağlar göz. Həqq bilir, yar deyil canü-dilimdən qaib; Nola gər qaib isə dideyi-giryanımdan. Füzuli. Parə-parə ciyərim şişə çəkib etdi kəbab; Dikdi göz dideyigiryanıma göyçək-göyçək. Ə.Nəbati. Ağladım hicrinə, biganəni güldürdü mənə; Baxmadı dideyi-giryanıma, gözdən düşdüm. Ə.Vahid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed