İzahlı lüğət

ÇƏTİNLİK

is. 1. Çətin şeyin halı; çətin olma (asanlıq ziddi). Yolun çətinliyi. Məsələnin çətinliyi. - Səba xanım adəti üzrə vəzifəsində çətinlik hiss edən adamlar kimi boynunu çiyninə qoyaraq: - Əlacım nədir. M.S.Ordubadi. [Cahan:] Xalan sənə [Əsgərə] qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ü.Hacıbəyov.
Çətinlik çəkmək - öhdəsindən zorla gəlmək, bir şeyi yerinə yetirməkdə, görməkdə əziyyət çəkmək. Leylək qızılın hamısını hesab etməkdə çox çətinlik çəkdi. S.Rəhimov. Çətinliyə düşmək - bax çətinə düşmək. Çətinliyə salmaq - bax çətinə salmaq.
Maneə, əngəl. Çətinlikdən qorxmamaq. - Həyatın başlanğıcında daima bir çətinlik vardır. M.S.Ordubadi. İlk çətinlik asfalt yoldan həmin kəndə sarı döndüyümüz zaman meydana çıxdı. M.Rzaquluzadə.
Məhrumiyyət, əziyyət, məşəqqət. ..Uşağı həyatın çətinliyinə hazırlamaq lazımdır. S.Rəhimov. [Həsən] çətinliklərə də dözərdi. M.İbrahimov.
□ Çətinlik çəkmək - maddi ehtiyac içərisində olmaq, məhrumiyyət duymaq.
Çətinliklə şəklində zərf - böyük zəhmətlə, əziyyətlə, çox çətin. Axund çətinliklə durub başını bulaya-bulaya keçir o biri otağa. Ə.Haqverdiyev. Teymur müəllim çox çətinliklə Fərmanı bu fikrindən vaz keçirməyə müvəffəq oldu. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed