İzahlı lüğət

ÇAXNAŞMA

1. “Çaxnaşmaq”dan f.is.
Qarışıqlıq, həyəcan, təlaş, vahimə, vəlvələ. Camaat içərisində bərk çaxnaşma oldu. “Abbas və Gülgəz”.
□ Çaxnaşma düşmək - həyəcanla dolu qarışıqlıq düşmək, vəlvələ düşmək, vahimə düşmək, hamı bir-birinə dəymək, çaxnaşmaq. Karvan əhli bir-birinə dəydi. Bir çaxnaşma düşdü, gəl görəsən. “Koroğlu”. Qoşunu görən kəndlilər qaçır, ətrafa çaxnaşma düşürdü. Çəmənzəminli. Çaxnaşma salmaq - həyəcan salmaq, vəlvələ salmaq, vahimə salmaq, qarışıqlıq salmaq, aranı qarışdırmaq, çaxnaşdırmaq. Qıssanın səsi həyətin sükutunu pozdu, ümumi bir çaxnaşma saldı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed