İzahlı lüğət

ARXA

is. 1. İnsanın, heyvanın dalı, kürəyi, beli. Arxasına yükləmək. Arxasını çevirmək. Arxası üstə yerə gəlmək. - Qız arxası üstə uzanıb kitab oxuyurdu. N.Nərimanov. Tutulanların ikisinin arxasında iri şələ vardı. Ə.Vəliyev.
□ Arxa çevirmək - dal çevirmək, üz döndərmək. Arxası yerə dəyməmək - basılmamaq, məğlub olmamaq. Arxası yerə gəlmək - basılmaq, məğlub olmaq. Arxasın(c)a düşmək - birinin dalınca düşmək, təqib etmək, izləmək. Mədəd naharını qurtarıb qapıdan çıxdı. Kosa onun arxasına düşdü. S.Rəhimov. Arxasını işə verməmək - heç bir işdən yapışmamaq, tənbəllik etmək, işdən boyun qaçırmaq. Arxasını yerə vermək (qoymaq) - basmaq, məğlub etmək. [Vəzir:]
Mən cavab verdim ki, əgər mənə yaraşsaydı, ..güləşib onun arxasın yerə qoyardım. M.F.Axundzadə.
Bir şeyin dal tərəfi, geri tərəfi. Məktəbin arxa tərəfi bağdır. - Pinəçi.. dalımca gəlin, - deyib dükanın arxasına keçdi. M.İbrahimov.
Müharibə xəttinin dal tərəfində, gerisində olan yer (cəbhə müqabili). Arxada və cəbhədə. Arxada qalanlar cəbhəyə kömək edirdilər. - Qabaq düşmən idi, arxa isə hər gün davam edən bombalama nəticəsində dağıdılırdı. Mir Cəlal.
məc. Kömək, havadar, dayaq, himayəçi. Koroğlunun qoç arxası; Gəldi, dəlilərim gəldi! “Koroğlu”. Balamsan sən, nəyimsən? Arxamsan, köməyimsən; Mən sənin əziz anan; Sən mənim diləyimsən. (Bayatı). [Ata:] Ay bala, niyə xiffət eləyirsən, özün bilirsən ki biz kasıbıq, qohum-əqrəbamız və möhkəm arxamız yox, bizə qızmı verərlər? Ə.Haqverdiyev.
□ Arxa durmaq - birinin dalında durmaq, havadarlıq etmək, müdafiə etmək. Arxa-arxaya vermək - köməkləşmək, bir-birinə kömək etmək, əlbir çalışmaq. Yeddi qardaş arxa-arxaya verib düşmənə qarşı dayandılar. Arxa vermək - arxalanmaq, güvənmək, istinad etmək. Padşahlar ancaq əcnəbilərə arxa verməklə yaşaya bilir. M.S.Ordubadi.
Adətən “yeddi” sözü ilə bərabər məc.
nəsil, əcdad. Yeddi arxa qohum-əqrəba.
Firəngistanın Prudon adlı hükəması deyib: Mən fəxr edirəm ki, mənim yeddi arxa atababam rəiyyət olub. N.Vəzirov. [Həpir:] Xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ACI

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed