İzahlı lüğət

ARTIRMAQ

f. 1. Miqdarını, çəkisini çoxaltmaq; həcmini, sahəsini böyütmək. Məhsulu artırmaq. Malların sayını artırmaq. Əkin sahəsini artırmaq. Gəliri artırmaq. - Sən də artır öz əlinlə zəfərlərin sayını! S.Vurğun.
Əlavə etmək, üstünə gəlmək. Beşin üstünə üç artırmaq. Çayın şirnisini artırmaq. Tezisə yeni maddələr artırmaq.
Gücləndirmək, şiddətləndirmək. Maşın sürətini artırdı. Ağrını artırmaq. - Məni Seyyid təki çək guşeyi-meyxanələrə; Artırır qəm, dəxi məsciddə nəyim var mənim. S.Ə.Şirvani. [Novruzun] bayatıları Bahadırın dərdini daha da artırırdı. N.Nərimanov. Şəhərin bu dəhşətli mənzərəsi kəndin Firidunda oyatdığı kədər və qəzəbi daha da artırdı. M.İbrahimov.
Yüksəltmək. Vəzifəsini artırmaq. Sayıqlığı artırmaq. Gənclərin ictimai həyatda rolunu artırmaq.
məc. Böyütmək, şişirtmək, mübaliğə etmək. Artırma, olduğu kimi söylə!
məc. Yaxşılaşdırmaq, təkmilləşdirmək, yüksəltmək. İxtisasını artırmaq. Biliyini artırmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed