İzahlı lüğət

ALOV

is. Yanan bir şeydən çıxan od. Tonqalın alovu uzaqdan görünür. Yanğının alovu hər tərəfi işıqlandırır. - Qığılcımdan alov törər. (Məsəl). Hər tərəfdən odyağırdı, alov və tüstü çıxırdı. M.İbrahimov. Alovdan səmayə çəkilir hasar; Hər addım başında bir təhlükə var. M.Rahim.
// Məc. mənada. Müharibə alovu. Məhəbbət alovu. - [Mirzə:] Xeyr, bəy, ciyər yananda nəfəs əvəzinə alov çıxar. Ə.Haqverdiyev. Alovlar dağıdan xoş nəfəsindən; Hər əsgər qəlbinə min qüvvət axdı. S.Vurğun. Hamının üzündə nifrət alovu yanırdı. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed