İzahlı lüğət

ALLAH

is. [ər.] 1. Bütün kainatın yeganə yaradıcısı və idarə edəni; Yaradan, Tanrı, Rəbb. Lap qabaqlar Allahdan başqa heç kim yox imiş.. (Əsatir). Allahın qəzəbi tutur, Adəmlə Həvvanı cənnətdən qovur.. (Əfsanə). Qorqmazam bu dünyada heç kişidən; Canumun əmanəti Allahadur. Q.Bürhanəddin. O alma yanağı, büllur buxağı; Allah, bədnəzərdən səlamət eylə! M.P.Vaqif.
Qədim (çoxallahlı) dinlərdə təbiət fövqündə təsəvvür edilən vücud. Qədim yunan allahları.
məc. Hakim, ağa; heç kəsə tabe olmayan, azğınlıq edən, başlı-başmalıq edən adam haqqında. Bunlar [qoçular] Quba meydanının allahı idilər. H.Sarabski. Napoleon dedi: - Göy Allahındır; Fəqət yer üzünün allahı mənəm. S.Vurğun.
Allah agıl versin - ağılsız iş görən, hərəkət edən, yaxud söz danışan adam haqqında. Allah amandır - yalvarış, xahiş bildirir. [Axund:] Allah amandır! Mənim evimdə qan tökməyin; siz allahınız, mənə dəyməyiniz. B.Talıblı. Allah bağışlasın - üzr istəyən, yaxud günah bir iş görmüş adam üçün xeyir-dua. [Mirzə Heydər:] Allah bağışlasın, bu nə sözdür, hacı, buyurursunuz? Ə.Haqverdiyev. Allah bəla(sını) versin - danlaq, narazılıq ifadə edir. Allah bəndəsi - 1) bir adam, bir şəxs, bir nəfər. [Qulu:] Arvadın yox, oğlun yox, bir qızın var, o da bu gün-sabah çıxıb Allah bəndəsinin birinə gedər. S.S.Axundov; 2) fağır, sakit, yazıq. Başmaqçı usta Ağabala Veylabad şəhərində beş kişinin biri idi. Saleh, salim, mömin, Allah bəndəsi bir şəxs idi. Çəmənzəminli. Allah bilir - məlum deyil, heç kəs bilmir. [Babək:] Hələ nə qədər bu şəhərdə qalacayıq Allah bilir. Ə.Məmmədxanlı. Allah canını alsın! (cəzasını versin!)
məzəmmət, qarğış bildirir. Allah eləməsin arzu edilməyən bir şey haqqında deyilir. [Sənəm:] Xeyr, Allah eləməsin mən sənə nəsihət eləyim. Dəxi acığın niyə tutur? Ə.Haqverdiyev. [Səba xanım:] Allah eləməsin mən o həyada qız olum... M.S.Ordubadi. Allah eləsin (ki) - arzu edilən bir şey haqqında deyilir. [Əşrəf bəy:] Allah eləsin, Allah eləsin, ay kişi. Eşitdim özün də bir cahil arvad almısan, doğrudurmu? N.Vəzirov. Allah eşqinə - yalvarış, xahiş, iltimas bildirir. [Solmaz:] Get, Allah eşqinə get! Mən heç bir zaman sənin olmayacağam.
Cabbarlı. Allah evi din. - məscid. Allah xatirinə (eşqinə) - təkidli xahiş bildirir. Allah kömək eləsin! Allah köməyin(iz) olsun! - işləyən, yaxud ağır vəziyyətdə olan bir adama müvəffəqiyyət arzusu. Allah qoysa - xoş arzu ifadə edir. [Nabat xala:] Yaxşı yol, oğlum, sağ get, salamat gəl! Allah qoysa, qayıdıb toy tədarükünü görərsən.
Talıblı. Allah qüvvət versin! - b a x Allah kömək eləsiıı! Allah köməyin(iz) olsun! [Məcid:] Allah qüvvət versin, ay Nadir, bu bəylərin əlindən canını yaxşı qurtardın.
Talıblı. Allah mübarək eləsiıı! - toy, bayram və s. münasibəti ilə təbrik. ..Hamı savadsız olduqlarından imza yerinə baş barmaqlarını basaraq bir-birinə: “Allah mübarək eləsin, Allah mübarək eləsin ” - deyə bayıra çıxırlar. B.Talıblı. Allah rəhmətinə getmək - ölmək. [Atası oğluna yazdı:] Anan Allah rəhmətinə getdikdən sonra, doğrusu ki, dolanacaq mənim üçün çox çətin olmuşdur. B.Talıblı. Allah saxlasın
1) birinə cansağlığı və uzun ömür arzusu. Musa kişi məhəbbət və ümid dolu nəzərlərlə ona [Ayaza] baxıb: “Düşmən toxmağıdır, Allah saxlasın!” - deyirdi. M.İbrahimov; 2) köhn. qeyri müsəlmanlarla salamlaşma ifadəsi. Allah tərəfi - ədalətli, insaflı, vicdanlı, düz. [Qənbərqulu:] Özü də [babam] çox rəhmdil və Allah tərəfi adam idi.
Talıblı. Allah vursun - narazılıq, şikayət, ikrah bildirir. Allaha bax! - xahiş, yalvarış. Dilbərim, bari sən əğyar sözünə guş eyləmə; Bu qədər zülm eyləmə, xof eylə, bir Allaha bax! Heyran xanım. Allaha şükür yaxşı oldu ki, xoşbəxtlikdən. [Mirzə Heydər:] Hacı, bağışlayınız, sizin Allaha şükür bir parça yeməyə çörəyiniz var, övrətiniz var... Ə.Haqverdiyev. Allahı sevərsən... - xahiş, rica bildirir. Allahın tənbəli - çox tənbəl adam haqqında. Allahın verən günü - hər gün. Allahın verən günü elə belə sübut eləyir. N.Vəzirov. Allahüəkbər! - əslən dini təbir olub, canlı dildə narazılıq, hiddət, acıq bildirən nida kimi işlənir. Atamın anama acığı tutanda “Allahü-əkbər” deyirdi; anamın bizə acığı tutanda həmçinin “Allahü-əkbər” çığırırdı. Məmmədquluzadə. [Balaş:] Allahüəkbər! Dilbər, mən onu demədim, mən sözgəlişi deyirəm. C.Cabbarlı. [Səfər bəy:] Allahü-əkbər! Yenə də naqqallığına başladı.
Talıblı. Allahü-əkbərin eşidilməyən yeri - çox uzaq, çox ucqar, çox tənha, əlçatmayan yer. Sən (siz) allah - yalvarış, xahiş, rica bildirir. [Tafta:] [Sevil] bu yaxın vaxtlar məni küçədə gördü, əllərini boynuma saldı, üzümdən öpdü, necə yalvarırdı ki, sən allah, uşağıma yaxşı bax. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ADA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed