İzahlı lüğət

ADƏTKƏRDƏ

sif [ər. adət və fars. ...kərdə] Adət etmiş, vərdiş etmiş, alışmış, öyrəşmiş. [Fərhad:] Lələ, qəlyandan, çubuqdan, papirosdan bir şeyə adətkərdəsinizmi? Ə.Haqverdiyev.
□ Adətkərdə olmaq - alışmaq, vərdiş etmək, adət etmək, öyrəşmək, adəti olmaq. Bir-biri ilə dalaşıb boşanmağa məhz adətkərdə olmuşlar. C.Məmmədquluzadə. Bu adamlara həmişə hörmət etməyə adətkərdə olmuş Balacayev onların sözünü sındırmırdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed