İzahlı lüğət

ACIQLI

sif 1. Hirsli, hiddətli, qəzəbli. Acıqlı adam. Acıqlı nəzər. Acıqlı söz. Acıqlı cavab. - Acıqlı başda ağıl olmaz. (Ata. sözü).
// Zərf mənasında. Acıqlı baxmaq. Acıqlı cavab vermək. Acıqlı danışmaq.
Səlim bəzən kəskin və acıqlı, bəzən həyasız bir tonla cavab verirdi. M.İbrahimov. Ata-anası onun [Sitarənin] sözünü kəsib acıqlı deyirdilər: - Kəs səsini, bihəya! Namusumuzu yerə soxdun. Çəmənzəminli.
məc. Şiddətli, coşqun, dəhşətli və s. mənalarda. Acıqlı dəniz. Acıqlı külək.
acıqlı-acıqlı zərf Acıqlı halda, hirsli-hirsli. Mexanik acıqlı-acıqlı [fəhlələrə] baxaraq, həyət qapısından çıxıb .. getdi. Nəzərli. Qoca acıqlı-acıqlı ona [Surxaya] baxdı. M.İbrahimov. [Səadət xanım] üzüklü barmaqları ilə məni yanıyaraq acıqlı-acıqlı baxırdı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed