İzahlı lüğət

ABIR

is. [fars.] 1. Həya, heysiyyət, şərəf, hörmət, qədir-qiymət. [Zibeydə:] Axır mənim də özümə görə adım, abrım var! M.F.Axundzadə. [Gövhər:] İndiyədək abır, ismət saxladıb məni.. N.Vəzirov. [Birisi:] Məgər mən öz abrımdan keçib camaat malına xəyanət edərdim? Ə.Haqverdiyev.
məc. dan. Üst-baş, geyim, qiyafət, zahiri görünüş mənasında. [Qurban:] Ə, bu nə paltardır, balam, heç bir utanıb qızarırsan? Bu abırla elə toya-vaya gedirsən. S.Rəhimov.
məc. Bədənin məhrəm (örtülü, ayıb) yeri.
□□ Abır gözləmək - hörmət saxlamaq, ədəb gözləmək; utanmaq, həya etmək. Abır qoymamaq - 1) b a x abrını almaq;
2) xarab etmək, bərbad etmək, puç etmək. Abırdan düşmək - rüsvay olmaq, biabır olmaq, heysiyyətdən düşmək, şərəfini itirmək, ləyaqətini itirmək. Abırdan salmaq hörmətsizlik etmək, biabır etmək, rüsvay etmək, bərk danlamaq. Abra düşmək lazımi şəklə, qaydaya düşmək, ləyaqətli şəklə düşmək. Abra salmaq - səliqəyə salmaq, qaydaya salmaq. [Əlyarov:] Heç olmasa gərək küçələri layiqincə bəzəyib abra salaq. M.Hüseyn. Abrı getmək (tökülmək) biabır olmaq, rüsvay olmaq, hörmətdən düşmək. [Yetər:] Ağa, belə söhbətdən mənim abrım töküldü. N.Vəzirov. Abrını almaq bərk danlamaq, biabır etmək. [Qarabirçəyə] elə gəlirdi ki, hər bir kəs Əbişin etdiyi cinayətə qarşı hiddətlənib onu yaxalayacaq, onun abrını alacaq.. S.Rəhimov. Abrını aparmaq - b a x abrını almaq. Abrını atmaq - özünü arsızlığa vurmaq, heç bir şeydən utanmamaq, abırsızlıq etmək. Abrını ətəyinə bükmək - bərk danlamaq, məzəmmət etmək, abrını almaq. Abrını götürmək (tökmək) - b a x abrını almaq. Abrını vermək - b a x abrını almaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

AY1

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed