Cavabını yaz
Sual ID - 9850
Müəllif: Qonaq__20757036 (Əlavə edilib: 27.09.2016)

Cografiyada yeni elm sahelerinin yaranmasi ve onlarin ehemiyyeyi haqqinda esse yaz.

Öz cavabını göndər

Yazılmış şərhlər

Müəllif: (Əlavə edilib: 28.09.2016 22:11:42)
Coğrafiya elmi ən qədim elmlərdən biridir. “Coğrafiya” termininin yunancadan tərcüməsi “Yeri təsvir edirəm” deməkdir (geo – Yer, qrafo – çəkmək, təsvir etmək). Hazırda bu elm iki əsas hissədən ibarətdir: fiziki coğrafiya, iqtisadi və sosial coğrafiya. Coğrafiya elminin yaranması və inkişafı uzun sürən tarixi prosesdir. Qədim dövrdə coğrafiya təsviri xarakter daşımışdır. Səyyahları, dənizçiləri, tacirləri ilk coğrafiyaşünaslar saymaq olar. Bu elm quldarlıq dövründə Şərqdə yaransa da, Şərqin tənəzzülündən sonra onun mərkəsi Yunanıstana və Misirə keçmişdir. Qədim dövrün çoğrafiyası haqda məlumatlar Herodot, Aristotel, Eratosfen, Strabon, Ptolomey və başqalarının əsərlərində ümumiləşdirilmişdir. Coğrafiya elminin formalaşmasında Eratosfenin (b.e.ə II-I əsrlər) xidməti böyükdür. Coğrafiya terminini ilk dəfə işlədən Eratosfen, həm də Yer kürəsinin bizə məlum olan ilk xəritəsinin, ilk coğrafiya kitabının müəllifi olub, Yer çevrəsinin ölçülərini ilk hesablayan alimdir. Strabon (b.e.ə I- eramızın I əsrləri) böyük həcmli “Coğrafiya” kitabının müəllifidir. (17 cilddən ibarətdir, XI kitabda Qafqaz və Azərbaycan haqqında məlumat verilir). Ptolomey (I-II əsrlər) öz xəritəsində ilk dəfə meridian və paralellər cızmış, Yerin kürə formasında olmasını nəzərə almışdır.

O, Qafqaz Albaniyası (qədim Azərbaycan) haqda geniş məlumat verib. Eratosfen və Ptolomeyin xəritəsində təqribən eyni ərazilər (Şimali Afrika, Avropa, Ön Asiya) təsvir olunsa da, nisbətən mükəmməl olan Ptolomeyin xəritəsindən XV əsrə qədər istifadə olunmuşdur. Güman olunur ki, ilk qlobusu b.e.ə III əsrdə yaşamış yunanıstanlı Krates Mallosski tərtib etmişdir.

Orta əsrlər dövründə alim və səyyahlar, tacirlər coğrafi məlumatların əldə edilməsində mühüm rol oynamışdılar. Biruni (973-1048) Şərqdə ilk qlobusu tərtib etmiş, Yerin ölçülərini daha dəqiqliklə vermişdir. N.Tusi (1201-1274) Yeri iqlimlərə bölmüş, XIII əsrdə məşhur olan 256 şəhərin koordinat cədvəlini tərtib etmişdir.

Fənnə uygun digər suallar

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed