Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

Sualın cavabını yaz

Sual ID - 1709

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Payız... sərin-sərin əsir küləklər, Təbiət üzləşir qəmlə, kədərlə. Nümunəsinin morfoloji təhlili ilə bağlı səhvi göstərin:
A)kədərlə-qoşma ilə işlənmiş adlıq hallı isimdir:
B)Nümunədə köməkçi nitq hissələrindən yalnız qoşma işlənmişdir.
C)üzləşir-xəbər şəkilində olan düzəltmə feldir.
D)sərin-sərin- mürəkkəb sifətdir, adi dərəcədədir.
E)Əvəzlik işlənməmişdir.

Sual ID - 1710

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Göstərilən ümumişlək olmayan sözləri düzgün qruplaşdırın:
1.əppək
2.qələvi
3.süjet
4.sayru
5.nimdər 6.suç
A)1-4,2-6,3-5
B)1-6,2-4,3-5
C)1-2,3-4,5-6
D)1-3,4-6,2-5
E)1-5,2-3,4-6

Sual ID - 1711

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
”...........” hər hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir edən rəsmi sənəd və ya xarakteristikadır. Nöqtələrin yerinə hansı əməli yazı nümunələrinin adı yazılmalıdır?
A)arayış
B)xasiyyətnamə
C)rəy
D)ərizə
E)izahat

Sual ID - 1712

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
”Əldə edilmiş nümunə də qızıl kimi qiymətlidir” cümləsində fərqləndirilmiş sözü hansı sözlə əvəz etsək, cümlənin sintaktik təhlil sxemi dəyişər?
A)metaldır
B)dəyərlidir
C)sarıdır
D)möhkəmdir
E)bahalıdır

Sual ID - 1713

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Hansı sözün yazlısı səhvdir?
A)iynəvari
B)meyilsizlik
C)səfərbər
D)ümüdverici
E)əskik
Bağla