Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

Sualın cavabını yaz

Sual ID - 1704

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Fikirlərdən biri düzgündür?
A)Leksik şəkilçilər həm kökdən əvvəl, həm də sonra gələ bilir.
B)Alınma sözlər iki və dörd cür yazılır.
C)Qrammatik şəkilçilər bəzən kökdən əvvəl də işlənə bilir.
D)Sözün kökü və başlanğıc forması həmişə fərqli olur.
E)Sözə eyni zamanda bir neçə qrammatik şəkilçi artırmaq olmur.

Sual ID - 1705

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Hansı sual cümləsi yalnız sual intonasiyası ilə yaranmışdır?
A)Nə deyərlər, necə baxarlar bu işə?
B)Gücümü çatar insanın heyvana?
C)Yaxşı, indi hara gedəcəyik?
D)Qürbət kişi, evini kirayə vermisən?
E)Mən boyda oğlun anası buna necə dözsün?

Sual ID - 1706

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Cümlələrdən birində əvəzlikdən sonra vergül düzgün qoyulmamışdır?
A)O, göy otların üzərinə sərilmişdi.
B)O, qardaşımı xeyli təriflədi.
C)Bu, onun üçün əziz hədiyyə idi.
D)O, arxayınlıqla güldü.
E)Bu, gözəl konsert üçün biz hamımız sizə təşəkkür edirik.

Sual ID - 1707

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Bu nitq etiketlərindən biri rəsmi və qeyri-rəsmi olmaqla iki yerə bölünür:
A)ayrılma
B)görüşmə
C)müraciət
D)təbrik
E)alqış

Sual ID - 1708

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Hansı cümlədə modal söz işlənmişdir?(Vergüllər buraxılmışdır).
1.Mənəvi saflıq doğuran ən böyük sərvətdir.
2.Təəssüf dolu baxışları üzümə zillədi.
3.Uşaqlərın birincisi irəli çıxdı.
4.Görünür onları artıq unutmusan.
A)1,4
B)2,3
C)1,3
D)2,4
E)1,2
Bağla