Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

Sualın cavabını yaz

Sual ID - 1683

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Nümunənin birində “nə” əvəzlik kimi işlədilmişdir:
A)Ana, bu işə sən nə deyirsən?
B)Nə yaxşı ki, dünyada xeyirxah insanlar varmış...
C)Nə gözəl yaraşır Muğana ceyran!
D)Dəniz nə yatır, nə dincəlirdi.
E)Bu, nə gözəl baladır!...

Sual ID - 1684

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Əməli yazı növlərindən birinin adı türk mənşəli sözdür:
A)izahat
B)ərizə
C)protokol
D)məktub
E)arayış

Sual ID - 1685

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Eyni leksik şəkilçi artırılmış sözlərdən biri ümumi qrammatik məna qrupundan kənara çıxır:
A)sevimli
B)maraqlı
C)ürəkli
D)məktəbli
E)hünərli

Sual ID - 1686

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Həm xitab, həm də mübtəda kimi anlaşıla bilən söz birləşməsi hansı nümunədə işlənmişdir? (Durğu işarələri buraxılmışdır).
A)Həyatın ağrı-acısını dadanlar xırda düşüncələrlə yaşamazlar.
B)Əziz qardaşım xoş gəlmisen.
C)Camaatın bütün ağrılı günləri geridə qaldı.
D)Dağlar dağımdır mənim.
E)Məmləkətin başbilənləri həmişə sülh siyasətinə tərəfdardır.

Sual ID - 1687

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Fellərdən biri icbar növdə deyildir:
A)yondurdum
B)qopartdım
C)ütülətdim
D)sildirdim
E)çəkdirdim
Bağla