Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

Sualın cavabını yaz

Sual ID - 2196

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
14. Mürəkkəb cümlələrdən hansını sadələşdirəndə xüsusiləşmiş zərfliyə çevrilir?
A) Atam dedi ki, biz prezidentimizin ətrafında birləşməliyik.
B) Döyüşçülər yorğun olsalar da, mətanətlə döyüşürdülər.
C) Kim ki Vətən uğrunda şəhid olur, o heç vaxt unudulmur.
D) Xalqımızın ən gözəl dəyərlərindən biri də odur ki, qonaq qarşılamağı çox sevir.
E) Nə qədər yaxşı hərəkət etsən, bir o qədər də hörmət qazanarsan.

Sual ID - 2197

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
15. Mürəkkəb cümlə hansıdır?
A) Məhbub xanım gülə-gülə anama nə isə deyir və zabitə baxırdı.
B) Atam bağçadakı gülləri suladı və diblərini boşaltdı.
C) Bilirdim ki, o, kişi adamdır.
D) Havalar qızaraq qarları əritdi.
E) Müəllim gülərək başı ilə Ramini bağışladığını bildirdi.

Sual ID - 2198

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
16. Feli sifət şəkilçilərindən hansıları həm də felin zamanlarının şəkilçiləridir?
A) –mış4, -acaq2
B) –an2, -ası2
C) –malı2, -ası2
D) –ağan2, an2
E) –dı2, -ar2

Sual ID - 2199

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
17. Dilçilik haqqındakı fikirlərdən yalnız biri düzdür.
A) Müasir həyatımızda əşyavi yazının izlərinə rast gəlmək mümkün deyil.
B) Yazının ən son və müasir növü piktoqrafik yazıdır.
C) Azərbaycan dilinin elmi qrammatikasını Əliheydər Orucov yazmışdır.
D) Azərbaycan-türk milli dili XVI əsrin sonlarında formalaşmışdır.
E) Bədii əsərlərin dilində dialektizmə rast gəlmək olur.

Sual ID - 2200

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
18. Aşağıdakı sözlərdən hansını müraciət etiketi kimi istifadə etmək olar?
A) oğlum
B) sağol
C) mübarəkdir
D) əlvida
E) xudahafiz
Bağla