Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

Sualın cavabını yaz

Sual ID - 2191

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
9. «O, dünən içəri girib ucadan qışqırdı» cümləsindəki zərflər haqqındakı fikirlərdən hansılar düzgündür?
1. Dünən-zaman zərfidir.
2. İçəri- yer zərfidir.
3. Cümlədə üç zərf var.
4. Ucadan- zərfi mənaca kəmiyyət zərfidir.
5. Girib-tərzi-hərəkət zərfidir.
A) 1,3
B) 1,2,3
C) 3,4
D) 4,5
E) 2,4,5

Sual ID - 2192

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
10.Baxma gülün bağrındakı tikana, Bülbülü güldürən o gül deyilmi? Yanma bülbüldəki ahu-fəğana, Könüllər dindirən bülbül deyilmi?(Ş.Sadiq) Şeir parçası ilə bağlı fikirlərdən düz olanını seçin.
A) Baxma - ədatdır.
B) Gül deyilmi-cümlənin feli xəbəridir.
C) Cümlədəki bütün təyinlər sadədir.
D) Tikana-vasitəsiz tamamlıqdır.
E) Könüllər dindirən- təyindir.

Sual ID - 2193

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
11. Birinci növ söz birləşməsi işlənmiş cümlə hansıdır?
A) Biz doğma torpaqlarımızı zalım düşməndən təmizləməliyik!
B) Bizim xalqımız qonaqpərvərdir.
C) Adət-ənənələrimiz müasirliyin ayaqları altında inildəyir.
D) Mənim atam Qarabağ müharibəsində şəhid olub.
E) Quru-quru vətən deməkdən bezdim artıq, sevgimizi əməldə göstərməliyik.

Sual ID - 2194

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
12. Cümlələrdən hansında tabelilik əlaqəsinin bütün növləri var?
A) Bu kitab Raminə çatacaq.
B) Bu kitabı Raminə ver.
C) Ermənilərin bizim düşmənlərimiz olduqlarını unutmamalıyıq.
D) Qoy həmişə ədalət hökm sürsün!
E) Mən türk olmağımla fəxr edirəm.

Sual ID - 2195

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
3. Cümlədə özündən əvvəlki üzvü izah edən, dəqiqləşdirən sözə və ya söz birləşməsinə ……. deyilir.
A) həmcins üzv
B) əlavə
C) təyin
D) ümumiləşdirici söz
E) xəbər
Bağla