Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

Sualın cavabını yaz

Sual ID - 2181

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
21. Vurğusu əvvələ düşən əsl Azərbaycan sözlərindən ibarət cərgəni seçin:
A) bildir, sanki, necə, gömgöy
B) ilxı, ilan, dünən, ancaq
C) sənət, maşın, sapsarı, necə
D) dayı, altı, torpaq, beyin
E) oçerk, kosmos, stansiya, bəzən

Sual ID - 2182

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
22. Hansı mürəkkəb adın ixtisarına şəkilçi düzgün artırılmayıb?
A) DİN-in, BƏƏ-yə
B) BDU-da, BMT-dən
C) ABŞ-da, BDU-nun
D) Aztelekomu, Azərnəşri
E) BMT-yə, MDB-nin

Sual ID - 2183

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
1.«Məhv» sözünün fonetik təhlilindəki səhvi göstərin:
A) Bir hecalı sözdür.
B) Sözün deyilişi ilə yazılışı arasında fərq yoxdur.
C) Sözdə bir cingiltili, iki kar samit var.
D) {ə} saiti incə, dodaqlanmayan, açıq saitdir.
E) Sözdə 3 samit, bir sait var.

Sual ID - 2184

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
2. Fellər hansı sıradadır?
A) qaçaqaç, yazda
B) məna, Sənan, Roma
C) ruhlanmaq, maarifləndirmək
D) adam, hərdənbir
E) gəl-get, vurha-vur

Sual ID - 2185

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
3. Aşağıdakı sözlərdən birini işlənmə yerinə görə həm sadə, həm də düzəltmə söz hesab etmək olar:
A) əsir
B) düşmən
C) əlli
D) gəlin
E) aldı
Bağla