Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

Sualın cavabını yaz

Sual ID - 2176

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
16. “Yalnız bir hünərin nə mənası var? Arxasız aslan da tez … olar“ beytində nöqtələrin yerinə hansı sözü artırsaq, münasib olar?
A) sakit
B) güclü
C) qalib
D) məğlub
E) məzlum

Sual ID - 2177

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
17. ….qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur.
A) əlavələr
B) həmcins üzvlər
C) xitab və ara sözlər
D) xüsusiləşmiş üzvlər
E) vasitəsiz tamamlıqlar

Sual ID - 2178

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
18. “Mən artıq süni bir həyata soxulmaram. Həqiqət axtarıram, həm də əbədi bir həqiqət” (C.Cabbarlı) cümləsinin morfoloji təhlili ilə balğı fikirlərdən hansı düzdür?
1. Cümlədə üç əvəzlik var.
2. “Həqiqət” sözlərindən biri adlıq, digəri isə təsirlik halda olan isimlərdir.
3. “Artıq” ədatdır.
4. Cümlədəki fellər düzəltmədir.
5. Cümlədə bir bağlayıcı var.
A) 1,2,3
B) 4,5
C) 1,3,5
D) 2,3,4
E) 3,4,5

Sual ID - 2179

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
19. Şeir mənim üçün bir kainatdır, Onun ulduzları, günəşləri var. Şeir mənim üçün sirli həyatdır,Onün öz sevinci, öz kədəri var.(N.Xəzri) Şeirin morfoloji təhlili ilə bağlı fikirlərdən hansı düzgündür?
A) “Şeir“ ismi xəbərdir.
B) „Həyatdır“ ismin adlıq halındadır.
C) “Onun“ qeyri-müəyyən əvəzlikdir.
D) “Sirli“ isimləşmiş sifətdir.
E) “Üçün“ bənzətmə mənalı qoşmadır.

Sual ID - 2180

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
20. Ardıcıllığı tamamlayın: kitab, qələmlər, otaqdan…
A) meydan
B) kitabça
C) xəstəxana
D) Aygün
E) yaşıl
Bağla