Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

Sualın cavabını yaz

Sual ID - 2171

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
11. Hansı cümlədə durğu işarəsi buraxılmışdır?
A) Görünür, o gəlməyəcək.
B) O yəqin, sabah bizə gələcək.
C) Çünki o, bunu bilmirdi.
D) Vətənin ona çox böyük ehtiyacı var.
E) Bir gün o adamı tapacağam.

Sual ID - 2172

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
12. Biri məntiqi cəhətdən fərqlənir:
A) zərf
B) isim
C) zərflik
D) fel
E) say

Sual ID - 2173

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
13. “Həyatın gözəlliyi onun mübarizələrlə dolu olmasındadır“ cümləsinin morfoloji təhlilindəki düz cavabı tapın:
A) “Gözəlliyi“ isimləşmiş sifətdir.
B) “Həyatın“ qeyri-müəyyən yiyəlik haldadır.
C) “Mübarizələrlə“ sözündəki “lə“ bağlayıcıdır.
D) Cümlədə qoşma da var.
E) “Gözəlliyi“ isimdir, təsirlik hal şəkilçisi qəbul etmişdir.

Sual ID - 2174

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
14. Verilmiş cümlələrdən hansında xitab işlənmişdir?
A) Sən bu işi mütləq görməlisən.
B) O, vətən uğrunda ölməyin yox, öldürməyin tərəfdarıdır.
C) Nicat nənəsinə baxaraq qışqırdı.
D) Əlbəttə, biz həmişə vətənimizi sevməliyik.
E) Anar, Akifə de ki, Ülviyyəni çağırsın.

Sual ID - 2175

Müəllif: turquoise (Əlavə edilib: 13.02.2012)
15. Fikirlərdən düz olanlarını seçin:
1. Fellər quruluşca sadə, düzəltmə, mürəkkəb olur.
2. Mənsubiyyət şəkilçili söz həmişə yiyəlik halda olur.
3. Məsdər şəkilçisi leksik şəkilçidir.
4. Sifətin azaltma dərəcəsinin şəkilçiləri leksikdir.
5. Qoşma qoşulduğu sözlə birgə bir cümlə üzvü olur.
A) 2,3,4
B) 2,4,5
C) 2,5
D) 1,5
E) 3,5
Bağla