Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
Atalar sözü ID - 920
Canımı da alsan, gülə-gülə al.
Atalar sözü ID - 921
Canında olmayana candar ağacı neyləsin?!
Atalar sözü ID - 922
Canını yaxşı saxla qəfil əcəldən.
Atalar sözü ID - 923
Cananı sevən canından keçər.
Atalar sözü ID - 924
Canavar tək qalanda başına çaqqallar yığışar.
Atalar sözü ID - 925
Canavarın üzü ağ olsa, kəndə gündüz gələr.
Atalar sözü ID - 926
Cavahir cında içində olar.
Atalar sözü ID - 927
Cavahirin qiyməti var, amma atalar sözünün qiyməti yoxdur.
Atalar sözü ID - 928
Cavan baş bir çanax qandı.
Atalar sözü ID - 929
Cavanlıqda daş daşı, qocalıqda ye aşı.

Bu səhifə 729 dəfə baxılıb

Bağla
.....