Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
Atalar sözü ID - 900
Cahıllıqda bəzənmədim, hayıf mənə, qocalıqda bəzənmişəm, ayıb mənə.
Atalar sözü ID - 901
Cahil axırda tula quyruğu xınalar.
Atalar sözü ID - 902
Cahil dirilərin ölüsüdür.
Atalar sözü ID - 903
Cahil ilə bal yemə, ahıl ilə daş daşı.
Atalar sözü ID - 904
Cahildə söz əylənməz.
Atalar sözü ID - 905
Camadarın şahlığı hamamçılıqdır.
Atalar sözü ID - 906
Came nə qədər böyük olsa, imam yenə bildiyin oxur.
Atalar sözü ID - 907
Can candan ayrıdır.
Atalar sözü ID - 908
Can de, can eşit.
Atalar sözü ID - 909
Can sağlığı dövlətdir, demə, babam, yoxsulam.

Bu səhifə 2010 dəfə baxılıb

Bağla
.....