Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
Atalar sözü ID - 3566

Uca dağın başı qarlı olar.

Atalar sözü ID - 3567

Uca-uca dağlar başı qarlı da olur, qarsız da, igidlərin canı sağ olsun, varlı da olur, varsız da.

Atalar sözü ID - 3568

Ucuz aldın; quyruğunu düyünlə.

Atalar sözü ID - 3569

Ucuz ətin şorbası olmaz.

Atalar sözü ID - 3570

Ucuz illətsiz, baha hikmətsiz deyil.

Atalar sözü ID - 3571

Ucuz verən tez satar.

Atalar sözü ID - 3572

Ucuzdan bahası olmaz.

Atalar sözü ID - 3573

Ucuzdur var illəti, bahadır var hikməti.

Atalar sözü ID - 3574

Ucuzluqda alanın üzün görmə, bahalıqda satanın.

Atalar sözü ID - 3575

Uçmaqda turac, qaçmaqda ceyran.

Bu səhifə 900 dəfə baxılıb

Bağla
.....