Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
Atalar sözü ID - 2854

Molla bəyə qoşuldu, xalqın evi yıxıldı.

Atalar sözü ID - 2855

Molla evindən aş çıxmaz, kor gözdən yaş.

Atalar sözü ID - 2856

Molla halvanı gördü, yasini unutdu.

Atalar sözü ID - 2857

Molla Qurandan kəsər, şeytan imandan.

Atalar sözü ID - 2858

Molla Nəsrəddin sağ ola, eşşəklərin qurd yeyə?!

Atalar sözü ID - 2859

Molla olmaq çox hasand, adam olmaq çox çətin.

Atalar sözü ID - 2860

Molla tuluq zurnasıdı, qarnı dolmasa səsi çıxmaz.

Atalar sözü ID - 2861

Mollanı iki yerə çağıranda bağrı çatlar.

Atalar sözü ID - 2862

Mollaya dedilər: qonşuda bir kasıb ölmüş, dedi: naxoşam.

Atalar sözü ID - 2863

Motala dadanan köpək bir də gələr.

Bu səhifə 1159 dəfə baxılıb

Bağla
.....