Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
Atalar sözü ID - 2443
Qarınlar doyandan sonra yetimlər yada düşər.
Atalar sözü ID - 2444
Qarnım tox olandan sonra bal da olsa yemərəm.
Atalar sözü ID - 2445
Qarnım üçün deyil, qədrim üçündür.
Atalar sözü ID - 2446
Qarnımdaykən qanımı yeyər, çölə çıxar canımı.
Atalar sözü ID - 2447
Qarnın doymayan yerdə aclığını bildirmə.
Atalar sözü ID - 2448
Qarışqadan ibrət al; Yaz ikən qışı düşün.
Atalar sözü ID - 2449
Qarışqanın il yığıntısını baqqal bir dəfəyə tərəziyə qoyar.
Atalar sözü ID - 2450
Qarışqanın ölümü yetəndə qanad gətirər.
Atalar sözü ID - 2451
Qart köpək yedəyə gəlməz.
Atalar sözü ID - 2452
Qaş düzəldən yerdə vurdu gözün də çıxartdı.

Bu səhifə 555 dəfə baxılıb

Bağla
.....