Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
Atalar sözü ID - 2604

Qonağın ruzusu özündən qabaq gələr.

Atalar sözü ID - 2605

Qonağını əzizləyən itə də sümük atar.

Atalar sözü ID - 2606

Qonaq, çörək yeyirsən?

Atalar sözü ID - 2607

Qonaq, dur altını süpürüm.

Atalar sözü ID - 2608

Qonaq evinə motal yüklü gələn buğda yüklü gedər.

Atalar sözü ID - 2609

Qonaq əvvəl gələndə gül üstə oturar, sonra gələndə çul üstə, üçüncü dəfə gələndə, kül üstə.

Atalar sözü ID - 2610

Qonaq güclü olsa, ev yiyəsin evdən qovar.

Atalar sözü ID - 2611

Qonaq qonağı istəməz, ev yiyəsi heç birin.

Atalar sözü ID - 2612

Qonaq qonağın hesabın könlündə saxlar.

Atalar sözü ID - 2613

Qonaq özgə evində səliqəli olar.

Bu səhifə 665 dəfə baxılıb

Bağla
.....