Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
Atalar sözü ID - 2534

Qısğı güclü olanda qorxaq bacadan qaçar.

Atalar sözü ID - 2535

Qısıla-qısıla behiştə gedincə öyünə-öyünə cəhənnəmə gedəsən.

Atalar sözü ID - 2536

Qısrağa yanan canım, day da dalınca getdi.

Atalar sözü ID - 2537

Qış çıxar, üzü qaralıq kömürə qalar.

Atalar sözü ID - 2538

Qış qışlığın yerdə elər, göydə eləməz.

Atalar sözü ID - 2539

Qışın qarı - yayın barı.

Atalar sözü ID - 2540

Qız ağacı - qoz ağacı, hər yetən bir selbə atar.

Atalar sözü ID - 2541

Qız alan alana kimi, qız verən ölənə kimi.

Atalar sözü ID - 2542

Qız alan göznən baxmasın, qulağıynan eşitsin.

Atalar sözü ID - 2543

Qız alanın ya bir çuval pulu gərək, ya bir çuval yalanı.

Bu səhifə 660 dəfə baxılıb

Bağla
.....