Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
Atalar sözü ID - 2514

Qəza ilə oyun olmaz.

Atalar sözü ID - 2515

Qəza işin işlər, bizə qalar təşvişlər.

Atalar sözü ID - 2516

Qəzadan qaçmaq olmaz.

Atalar sözü ID - 2517

Qıfıl oğru üçün deyil, doğru üçündür.

Atalar sözü ID - 2518

Qıldığın namaz hürkütdüyün qurbağaya dəyməz.

Atalar sözü ID - 2519

Qılıqlı quzu yeddi ana əmər, qılıqsız birindən də qalar.

Atalar sözü ID - 2520

Qılıqlı min ev yeyər, qılıqsız bir ev yeyə bilməz.

Atalar sözü ID - 2521

Qılınc da öz qının kəsməz.

Atalar sözü ID - 2522

Qılınc - qurşananın, at - minənindi.

Atalar sözü ID - 2523

Qılınc - Misir, arvad - yesir, döşənəcək - həsir.

Bu səhifə 580 dəfə baxılıb

Bağla
.....