Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
Atalar sözü ID - 1932
Xain adam qorxaq olar.
Atalar sözü ID - 1933
Xain xoflu olar, kor ürkəyən.
Atalar sözü ID - 1934
Xala evinə dadanan ər evinə xeyir verməz.
Atalar sözü ID - 1935
Xalam bildi - aləm bildi.
Atalar sözü ID - 1936
Xalını xovuna sığallarlar.
Atalar sözü ID - 1937
Xalx qız verib quda qazandı, biz qız verib qada qazandıq.
Atalar sözü ID - 1938
Xalqa it hürəndə bizə çaqqal ulayar.
Atalar sözü ID - 1939
Xalqın ağzını bağlamaq olmaz.
Atalar sözü ID - 1940
Xamın gözü böyük olar.
Atalar sözü ID - 1941
Xamır yeyənə etibar yoxdu.

Bu səhifə 2897 dəfə baxılıb

Bağla
.....