Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
Atalar sözü ID - 1805

Halalzada barışdırdı, haramzada qarışdırdı.

Atalar sözü ID - 1806

Halva-halva deməklə ağız şirin olmaz, yağinən balı gərək olsun.

Atalar sözü ID - 1807

Halvaçı qızı - daha şirin.

Atalar sözü ID - 1808

Hamam suyuynan xətir-göyül görür.

Atalar sözü ID - 1809

Hamı bilir, dağda kəklik gözəldir.

Atalar sözü ID - 1810

Hamı deyir, mədrəbazın gözü çıxsın - bilmirəm mədrəbaz kimdi.

Atalar sözü ID - 1811

Hamını yarın dərdi öldürür, bunu da qarın dərdi.

Atalar sözü ID - 1812

Hamının ağlı bir olsa, keçiyə çoban tapılmaz.

Atalar sözü ID - 1813

Hamıya adət oldu, bizə bidət?!

Atalar sözü ID - 1814

Hancarı eləyim ki, gözüm oğru gözünə oxşamasın?

Bu səhifə 556 dəfə baxılıb

Bağla
.....