Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
Atalar sözü ID - 512
Ayazda yatmayan eşşək töylənin qədrin bilməz.
Atalar sözü ID - 513
Ayı balasına "ağappağım" deyər, kirpi balasına - "yumşağım".
Atalar sözü ID - 514
Ayı meşədən küsüb, meşənin xəbəri yox.
Atalar sözü ID - 515
Ayı nədi, oynamaq nədi?!
Atalar sözü ID - 516
Ayının min bir oyunu var - hamısı bir armud üstədir.
Atalar sözü ID - 517
Ayıya dayı deyərlər körpünü keçincən.
Atalar sözü ID - 518
Ayıb söyləyənin ayıbını söylərlər.
Atalar sözü ID - 519
Ayıblı ayıbın bilsə, başına palaz örtər.
Atalar sözü ID - 520
Aynanın çatdağı calaq qəbul eləməz.
Atalar sözü ID - 521
Aynaya necə baxsan, özünü elə görərsən.

Bu səhifə 1132 dəfə baxılıb

Bağla
.....