Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 1382

Ehtiyac adamı oğru eləyər.

Atalar sözü ID - 1383

Ehtiyat igidin yaraşığıdır.

Atalar sözü ID - 1384

Ehtiyatlı oğulun anası ağlamaz.

Atalar sözü ID - 1385

El ağzı - çuval ağzı.

Atalar sözü ID - 1386

El ağzı faldır.

Atalar sözü ID - 1387

El ağzı ilə quş tutulmaz.

Atalar sözü ID - 1388

El ağzında bir sözün yüz rəngi var.

Atalar sözü ID - 1389

El atan daş uzağa gedər.

Atalar sözü ID - 1390

El atan daşa güc düşməz.

Atalar sözü ID - 1391

El atan daşı qalxızmaq olmaz.

Atalar sözü ID - 1392

El bir olsa, dağ oynadar yerindən.

Atalar sözü ID - 1393

El çalan zurnanın səsi uzaqdan gələr.

Atalar sözü ID - 1394

El dediyi mübarək olar.

Atalar sözü ID - 1395

El dəlisin çölə atmaz.

Atalar sözü ID - 1396

El el üstə sığışar, ev ev üstə sığışmaz.

Atalar sözü ID - 1397

El eybin sənə söyləyən sənin də eybini elə söylər.

Atalar sözü ID - 1398

El gözü aydın görər.

Atalar sözü ID - 1399

El gözü tərəzidir.

Atalar sözü ID - 1400

El gözündən düşən boy atmaz.

Atalar sözü ID - 1401

El gücü - sel gücü.

Atalar sözü ID - 1402

El hümmətlə, quş qanadla!

Atalar sözü ID - 1403

El igidiylə tanınar.

Atalar sözü ID - 1404

El içində - öl içində.

Atalar sözü ID - 1405

El ilə gələn qara gün toy-bayramdır.

Atalar sözü ID - 1406

El keçdiyi körpüdən sən də keç.

Atalar sözü ID - 1407

El köçər, adət köçməz.

Atalar sözü ID - 1408

El qalxdı, sən də qalx.

Atalar sözü ID - 1409

El qarğıyan ağac bar verməz.

Atalar sözü ID - 1410

El malına göz dikən gözdən olar.

Atalar sözü ID - 1411

El oğlu yumurtaya qulp qoyar.

Atalar sözü ID - 1412

El öz dəlisini yaxşı tanıyar.

Atalar sözü ID - 1413

El sevməyənin ağacı quruyar.

Atalar sözü ID - 1414

El sözünə uyan qarısını tez boşar.

Atalar sözü ID - 1415

El tikəni aləm yıxa bilməz.

Atalar sözü ID - 1416

El üçün ağlayan iki gözündən olar.

Atalar sözü ID - 1417

El üfürdü, sel köpürdü.

Atalar sözü ID - 1418

El üzünə namaz qılanın arxası Allahadı.

Atalar sözü ID - 1419

El yandıran şamı söndürmək olmaz.

Atalar sözü ID - 1420

El yığılsa, zərbi kərən sındırar.

Atalar sözü ID - 1421

El yıxanı heç kəs tikə bilməz.

Atalar sözü ID - 1422

El yumruğun görməyən öz yumruğun batman sanar.

Atalar sözü ID - 1423

Elin ağzına baxan ac qalar.

Atalar sözü ID - 1424

Elin dilindən qurtarmaq olmaz.

Atalar sözü ID - 1425

Elin səsi - haqq səsidi.

Atalar sözü ID - 1426

Elin sözü əvvəl-axır düz olur.

Atalar sözü ID - 1427

Elinən gələn qara gün toy-bayramdı.

Atalar sözü ID - 1428

Elini hürküt, axsağınnan yapış.

Atalar sözü ID - 1429

Ellər bizə, biz ellərə.

Atalar sözü ID - 1430

Ellər köçər, dağlar qalar.

Atalar sözü ID - 1431

Ellərə gülən canım, indi olub el gülüncü.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed