Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 1221

Dəvə oynayan günü qar yağar.

Atalar sözü ID - 1222

Dəvə öldü, eşşəyə zülüm oldu.

Atalar sözü ID - 1223

Dəvə ölsə, dərisi bir yükdür, toyuq ölsə, dərisi bir çəngə tükdür.

Atalar sözü ID - 1224

Dəvə öz əyrisin bilməz.

Atalar sözü ID - 1225

Dəvə tanımasa, ovsarı tanıyar.

Atalar sözü ID - 1226

Dəvə yaxını otlayıb uzağı gözlər.

Atalar sözü ID - 1227

Dəvəcə boyun olunca düyməcə ağlın olsun.

Atalar sözü ID - 1228

Dəvəçiylə dost olanın darvazası gen gərək.

Atalar sözü ID - 1229

Dəvədən bir tük qoparsan, yenə qənimətdi.

Atalar sözü ID - 1230

Dəvədən böyük fil də var.

Bu səhifə 57 dəfə baxılıb